Ru
10:53 / 15 Mart 2025

İrəvandan Bakıya təklif: Sülh sazişi gizli şəkildə imzalanacaq?

İrəvandan Bakıya təklif: Sülh sazişi gizli şəkildə imzalanacaq?
Eye

“Ermənistan Azərbaycana sülh sazişinin imzalanma tarixi və yeri ilə bağlı məsləhətləşmələrə başlamağı təklif edib”.

Bakupost.az xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülkü müqavilə” fraksiyasının rəhbəri Hayk Konjuryan deyib.


O, müqavilənin gizli şəkildə imzalanacağına dair iddialara münasibət bildirib:

“Heç kim sülh sazişinin belə ağır mətnini tələsik və ictimaiyyətdən gizli şəkildə imzalaya bilməz. Bunlar müxalifətin ictimaiyyəti çaşdırmaq üçün ortaya atdığı fikirlərdir. Müqavilə Bakı və İrəvan arasında münasibətlərin qurulması, düşmənçilik səhifəsinin bağlanması, sülhün bərqərar olması üçün son dərəcə vacibdir. Lakin yenə də hər hansı sənədin, hətta sülh müqaviləsi kimi sanballı bir sazişin belə bütün problemləri birdəfəlik həll edəcəyini düşünməməliyik. Amma bu, sülh quruculuğu gündəminin davamlılığını təmin edəcək mühüm başlanğıcdır”.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi mətninin tam şəkildə razılaşdırıldığı və saziş üzrə danışıqların yekunlaşdığı açıqlanıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar