Ru
10:59 / 20 Noyabr 2024

"İrəvandan sülhlə bağlı addım gözləməyə dəyməz” - Asim Mollazadə

"İrəvandan sülhlə bağlı addım gözləməyə dəyməz” - Asim Mollazadə
Eye


“Paşinyan bu günlərdə Azərbaycan və Ermənistanın guya kommunikasiya xəttləri məsələsində ortaq məxrəcə yaxın olması ilə bağlı açıqlama verib. Onun bu açıqlaması məntiqdən uzaqdır. Paşinyan ancaq bir-birini təkzib edən mövqelər sərgiləyir. Əslində bütün bunlar onu göstərir ki, Ermənistandan yaxın müddətdə heç bir addım gözləməyə dəyməz”.

Bunu Bakupost.az -a millət vəkili Asim Mollazadə bildirib.



Onun sözlərinə görə, hazırda Ermənistan tərəfi sülh məsələsində manipuliyasiya edir və fikirləri başqa səmtə yönəltməklə məşğuldur:
“Ermənistan hökumətinin, Paşinyanın ehtimallarından, danışıqlarından heç nə anlamaq mümkün deyil. O hər zaman fərqli, həqiqətdən uzaq olan mövqe sərgiləyir. Ona görə də bu cür fikirlərə etimad etmək çox çətindir. Azərbaycana konkret nəticə lazımdır. Qarşı tərəf isə hələ ki, konkret fikir, nəticəyə gələ bilmir”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar