“Vaşinqtonda Ermənistan XİN başçısı Ararat Mirzoyan və ABŞ dövlət katibi Entoni Blinkenin İrəvanla Vaşinqton arasında strateji tərəfdaşlığın başlanması barədə imzaladıqları sənəddə strateji əməkdaşlıq komissiyasının yaradılması, müdafiə və təhlükəsizlik, iqtisadi, demokratiya, ədalət, inklüzivlik məsələlərindən bəhs olunur. Aydındır ki, sənədin adında göstərilən strateji tərəfdaşlıq onun məzmunu ilə o qədər də uyğun gəlmir”.
Bunu
Bakupost.az -a politoloq Rasim Musabəyov bildirib.
O vurğulayıb ki, bu sənədlər Azərbaycan, eləcə də Türkiyə ilə dövlətlərarası münasibətlərin normallaşdırılması və Paşinyanın növbədənkənar parlament seçkilərində “əsl Ermənistan”ın prioritetliyi kursu üçün siyasi-ideoloji platforma kimi təqdim oluna bilər:
“Paşinyan artıq hakimiyyətin güc blokunda dəyişikliklər edib. Ermənistanın Rusiyadan üz döndərməsi getdikcə sürətlənir və bu da Kremldə qıcıq yaradır. Bunu Ermənistanın xarici işlər naziri Artur Mirzoyanın məsələlərə aydınlıq gətirmək üçün Moskvaya dəvət edildiyini açıqlayan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun şərhlərindən açıq şəkildə görmək olar”.
Sevinc,
BakuPost