“Məlum olduğu kimi, Ermənistan Mərkəzi Seçki Komissiyası "Ermənistan Respublikasının Avropa İttifaqına üzvlüyü prosesinin başlanması haqqında" qanun layihəsinin müdafiəsi üçün toplanmış 52 351 imzanın etibarlılığını təsdiqləyib. Eyni zamanda Ermənistan və Avropa İttifaqının ikitərəfli münasibətləri dərinləşdirmək üçün yeni sənəd üzərində danışıqlar apardığı da bildirilir. Ermənistanın Aİ-yə üzvlük prosesi Paşinyan iqtidarına Qərbin bəlli dairələri qarşısında siyasi divident qazandıra bilər. Amma bu, yaxın perspektivdəhəyata keçirilməsi mümkün olan məsələ deyil”.
O qeyd edib ki, Aİ Paşinyan hakimiyyətinə Qərbin Cənubi Qafqazla bağlı geosiyasi layihələrində Rusiya üçün problemlərin yaşanmasına səbəb ola biləcək siyasi təzyiq vasitəsi kimi yanaşır. Digər tərəfdən, Ermənistanın Aİ-yə üzv olmaq üçün nə hakimiyyəti kifayət qədər demokratikdir, nə də ciddi iqtisadi imkan və resursları var:
“Ermənistan Avropa bazarlarına rəqabət qabiliyyətli məhsullar çıxarmaq imkanlarına malik deyil. Onun Avropa üçün marağı Rusiyanın Cənubi Qafqazla bağlı siyasətində əyləc mexanizmi kimi qəbul olunması, habelə geostrateji məkanda yerləşməsi, xüsusilə İrana coğrafi yaxınlığı ilə bağlıdır. Paşinyan Qərb institutlarına müəyyən təsir imkanları olan erməni diasporunun dəstəyinə ümid edə bilər, lakin onun Aİ-yə üzvlük iddiası ölkəsinin dərhal Avrasiya İqtisadi İttifaqından kənarlaşdırılmasına gətirib çıxaracaq. Bu da iqtisadi baxımdan Ermənistana sərfəli deyil. Aİ Türkiyə kimi dünyanın 20 dövlətindən biri olan dövləti 1987-ci ildən bəri öz tərkibinə q
əbul etməyə tələsmirsə, inkişaf səviyyəsi Avropa standartlarından uzaq olan bir ölkənin üzvlüyü ümid etməsi sadəlöhvlükdən başqa bir şey deyil".
Sevinc,
BakuPost