Ru
10:10 / 12 Noyabr 2024

“İri kampuslu universitetlər yaradılmalıdır” - Təhsil eksperti

“İri kampuslu universitetlər yaradılmalıdır” - Təhsil eksperti
Eye

“Əgər paytaxtda yerləşən ali məktəblər regionlara köçürülərsə, böyük ərazilərdə texnoparklar yaradılar və bu zaman tələbələr universitetləri bitirməzdən öncə təcrübə qazanmış olarlar.
Xaricdə kampuslar qurulur, tələbələrə hər bir şərait yaradılır ki, onlar vaxt itkisi ilə üzləşməsin, zamanlarının böyük hissəsini tədqiqatlara ayırsınlar. Xarici universitetlərdə təhsillə yanaşı kampuslarda tələbələrin əyləncəsi üçün də xeyli imkanlar yaradılır. Azərbaycanda da bunu etmək mümkündür. Düşünürəm ki, bu məsələnin müntəzəm olaraq gündəmə gətirilməsi bəlkə də problemin həllinə təkan ola bilər”.

Bunu Bakupost.az -a təhsil eksperti Nadir İsrafilov bildirib.

Onun sözlərinə görə, universitetləri şəhər ətrafına, bölgələrə köçürmək üçün yeni bina və kampuslar inşa etmək lazımdır:

"Tələbə yataqxanada qalırsa, o, universitet ərazisini demək olar ki, tərk etmir. Bizdə də tələbələrə bu şəraitin yaradılması vacibdir. Bununla yanaşı, işğaldan azad olunan ərazilərdə bir neçə iri kampuslu universitetlər yaradılmalıdır. Qarabağda şəhərcikləri olan universitetlər tikmək lazımdır ki, tələbələr orada həm oxusunlar, həm də yola vaxt itirmədən yaşasınlar”.

Sevinc, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar