Ru
15:52 / 17 Aprel 2025

“İrşad Elektroniks” buna görə cərimələnə bilər

“İrşad Elektroniks” buna görə cərimələnə bilər
Eye

“İrşad Elektroniks”lə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Bakupost.az Tribunainfo.az-a istinadən xəbər verir ki, “İrşad” İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydalari əleyhinə olan 528.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

“İrşad Elektroniks”lə bağlı işə 8 may tarixində Gəncə Apellyasiya Məhkəməsində hakim Müşfiq Məmmədovun sədrliyi ilə baxılacaq.


Qeyd edək ki, “İrşad Elektroniks”in İdarə Heyətinin sədri Aris Şıxəliyevdir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar