Ru
19:02 / 01 İyul 2024

İşdən çıxardığı şəxs "Gəncə İlməçi"ni məhkəməyə verdi

880
"Gəncə İlməçi" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) məhkəməyə verilib.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, şirkətlə bağlı məhkəməyə Mehralıyev Nəsrəddin Nəbi oğlu müraciət edib.

Nəsrəddin Mehralıyev məhkəmədə sözügedən şirkət tərəfindən qanunsuz işdən çıxarılması və əmək haqqının verilməməsi barəsində iddia qaldırıb.
Nəsrəddin Mehralıyev məhkəmədə şirkət barəsində "Əmək mübahisələri - Əmək haqqı tələbi" üzrə iddia qaldırıb.

İşə Xətai Rayon Məhkəməsinin hakimi Pərviz Zamanlının icraatındadır.

Qeyd edək ki, qanuni təmsilçisi Ağayev Orxan Sucəddin oğlu olan MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 54260.78 manat vergi borcu var.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər