Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:45 / 14 Dekabr 2024

İşdən çıxarılmış generala yeni vəzifə verildi

1233
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin işdən çıxarılan rəisi, general-mayor Aqşin Kazımova yeni vəzifə verilib.

Bakupost.az "Qaynarinfo"ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, general-mayor A.Kazımov Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini təyin edilib.

Qeyd edək ki, 59 yaşlı A.Kazımov FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi vəzifəsinə ötən ilin yayında təyin edilmişdi. Keçən ilin dekabrında isə ona general-mayor rütbəsi verilmişdi.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar