Ru
12:22 / 11 Noyabr 2024

ISESCO-nun Baş direktoru: Planetimizi xilas etmək üçün əməkdaşlığa nail olmalıyıq

ISESCO-nun Baş direktoru: Planetimizi xilas etmək üçün əməkdaşlığa nail olmalıyıq
Eye

“COP29-da bir çox hədəflər qoyulub. Amma bunlardan ən vacibi məncə, planetimizi xilas etmək üçün proqramların təmin edilməsində ölkələr arasında əməkdaşlığa nail olmaq, həmçinin müxtəlif ölkələrdən gələn təşəbbüsləri başqaları ilə bölüşməkdir”.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, Açıqlamasında İslam dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik deyib.

O bildirib ki, maliyyə bu gün böyük problemdir: “Düşünürəm ki, inkişaf etmiş ölkələrin inkişaf etməmiş ölkələrə yardım etməsi olduqca vacibdir. Çünki bir ölkədə nə baş verirsə, o, digər ölkələrə də təsir edir. Ancaq mən düşünmürəm ki, maliyyə problemlərin tam həllinə kömək edəcək. İqlim problemlərini həll etmək üçün bir çox başqa məsələlər var”.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar