Prezident İlham Əliyev “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi haqqında Qanunu təsdiqləyib.
Bakupost.az xəbər verir ki, yenilənmiş Qanuna əsasən, işğaldan azad edilmiş ərazilərdə (Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında) kənd təsərrüfatı təyinatlı torpaqlar sahibkarlıq subyektlərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada investisiya müsabiqələri vasitəsilə icarəyə veriləcək.