Ru
18:35 / 04 Noyabr 2024

İspaniyada qorxulu ssenari: Yeraltı avtoparkda kütləvi məzarlıq!

İspaniyada qorxulu ssenari: Yeraltı avtoparkda kütləvi məzarlıq!
Eye

İspaniyada güclü yağışlardan sonra baş verən sel fəlakətində həyatını itirənlərin sayı 200-ü keçib. Valensiya bölgəsində ən azı 2 min adamın itkin düşdüyü iddia edilir.

Bakupost.az "TRT Haber"ə istinadən xəbər verir ki, İspanyanın Baş naziri Pedro Sançes daşqın bölgəsinə ümumilikdə 5 min əsgərin göndəriləcəyini açıqlayıb.

Həmçinin helikopterlərin təhvil verilməsi üçün əsgərlərlə yanaşı, İspaniya donanmasının gəmisi də cəlb olunacaq.

Britaniyanın "The Sun" qəzetinin məlumatına görə, İspaniyada fəlakətlə bağlı dəhşətli ssenari mümkündür. Belə ki, yeraltı dayanacaqda bütöv bir məzarlıq ola bilər.

Fəlakət baş verən gün yeraltı dayanacaqda olan hadisə şahidi deyib ki, avtoparkdan çıxarmaq ona nəsib olub:

"Çıxdığım zaman yeraltı parkda insanlar və 30-a yaxın avtomobil var idi. Dayanacaqdakı suyu boşaldanda nə tapacaqlarını düşünmək məni qorxudur”.

Ticarət mərkəzində çalışan işçilər bildiriblər ki, daşqın günü qırmızı həyəcan səbəbindən mərkəzdə həmişəkindən az adam olub. Lakin onlar hələ də suyun altında qalan insanların sayının yüzlərlə olduğunu deyirlər.

Lalə, BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar