Ru
17:20 / 11 Mart 2025

İspaniyada universitet və məktəblər boşaldıldı

İspaniyada universitet və məktəblər boşaldıldı
Eye

İspaniyanın Toledo əyalətinin Talavera-de-la-Reyn şəhərinin hakimiyyət orqanları Kastilya-La-Mança Universiteti də daxil olmaqla 7 təhsil müəssisəsini evakuasiya edib.

Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Universitetin mətbuat mərkəzi Tahoda suyun səviyyəsinin xüsusilə təhlükəli qalxması səbəbindən dərslərin dayandırıldığını bildirib.

Dərslərin müvəqqəti dayandırılması ilə bağlı qərar martın 11-də səhər saatlarında, tələbələr artıq dərsdə olarkən qəbul edilib. Təxliyə çayın yatağına yaxın və potensial daşqın zonalarında yerləşən təhsil müəssisələrini əhatə edib.

Məktəb rəhbərləri təhlükə səviyyəsinin arta biləcəyi barədə xəbərdarlıq ediblər. Valideynləri uşaqların, xüsusən də məktəb avtobusu marşrutlarının təhlükəsiz şəkildə çıxarılmasını təmin etməyə çağırıblar.

Martın 8-də Argentinanın Buenos-Ayres əyalətində daşqınlar səbəbindən 1300-dən çox insan təxliyə edilib.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar