İsrail HƏMAS hərəkatı ilə Qəzza zolağında saxlanılan girovların azad edilməsi və atəşkəsin tətbiqi ilə bağlı razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib.
Bakupost.az xəbər verir ki, bu barədə "The Jerusalem Post" nəşri məlumat yayıb.
İsrail Həbsxanalar İdarəsinin məlumatına görə, fələstinli məhbuslar yanvarın 19-da azad edilmiş üç israilli girov müqabilində sərbəst buraxılıblar.