Hansı bank etibarlıdır? - SORĞU
Ru
16:41 / 25 Oktyabr 2024

İsrail atəş açdı: BMT əsgərləri qaçdı

587
BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) Livan-İsrail sərhədində sülhməramlıların xəsarət alması ilə nəticələnə biləcək yeni insident barədə məlumat verib.

Bakupost.az xəbər verir ki, bu barədə UNIFIL-in mətbuat xidmətinin X-də (keçmiş Twitter) yayılan bəyanatında deyilir.

Məlumata görə, oktyabrın 22-də bir qrup hərbi zabit Livanın cənubundakı Ed-Duheyra kəndini təmizləyən İsrail hərbçilərinin hərəkətlərini müşahidə edib:

“İDF əsgərləri izlənildiklərini görəndə BMT-nin "mavi dəbilqəlilər"in postuna atəş açıblar. Nəticədə müşahidə qülləsində xidmət edən sülhməramlılar itkilərin qarşısını almaq üçün mövqelərini tərk ediblər.

Biz İsrail ordusuna və digər tərəflərə BMT-nin sülhməramlı missiyasının şəxsi heyətinin və əmlakının təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini xatırladırıq”, - deyə bəyanatda vurğulanır.

Qeyd olunur ki, “mavi dəbilqəlilər"ə hər hansıhücum beynəlxalq humanitar hüququn və BMT Təhlükəsizlik Şurasının 1701-ci maddəsinin ciddi pozulmasıdır”.

Xatırladaq ki, oktyabrın10-da UNIFIL İsrail ordusunun Ras-ən-Nəqurədə Müvəqqəti Qüvvələrin qərargahını atəşə tutması nəticəsində iki sülhməramlının yaralandığını bildirmişdi. Oktyabrın 11-də daha 2 "mavi dəbilqəli", sentyabrın 12-də isə bir sülhməramlı güllə yarası alıb.

Zaur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar