Suriyada xarici qüvvələrin yerləşdirilməsi ilə bağlı istənilən dəyişikliyin “qırmızı xətt” olduğunu Azərbaycanda Türkiyə tərəfinə açıqladıq.
Bakupost.az xəbər verir ki, bu barədə “Times of Israel” İsrail rəsmisinə istinadən məlumat yayıb.
Bildirilib ki, “Türkiyənin Suriyada hərbi bazasının yaradılması İsrailin “qırmızı xətti”dir.
“Dünən Azərbaycanda İsrail və Türkiyə nümayəndələri arasında görüş keçirilib. Görüşdə İsrail birmənalı şəkildə bildirib ki, Suriyada xarici qüvvələrin yerləşdirilməsində hər hansı dəyişiklik, xüsusən də Palmira bölgəsində türk bazalarının yaradılması “qırmızı xətt”dir”.
Vurğulanıb ki, belə bir addım İsrail tərəfindən etimadın pozulması kimi qiymətləndiriləcək.