Ru
17:33 / 28 Aprel 2025

İsrailin bu şəhəri məhv ediləcək

İsrailin bu şəhəri məhv ediləcək
Eye

İsrail hərbi qüvvələri Qəzza zolağının cənub sərhədində yerləşən Rəfah şəhərindəki salamat qalan binaları məhv etməyə davam edir.

Bakupost.az xəbər verir ki, bu barədə "Röyter bildirib.

Məlumata görə, şəhər sakinləri hesab edir ki, bu əməliyyatlar əhalinin böyük bir düşərgəyə yığılmasına yönələn planın bir hissəsidir. İsrailin tətbiq etdiyi bu hərbi təzyiq Rəfah ətrafındakı ərazilərdə dərinləşən təcrid vəziyyəti yaradır.

Qeyd olunur ki, İsrail mart ayının ortalarında yerüstü əməliyyatlara yenidən başladıqdan sonra geniş əraziləri ələ keçirib və sakinləri Qəzza sərhədinin "tampon zonalarından" çıxmağa məcbur edib. Bu zonalar arasında zolağın təxminən 20 faizini təşkil edən Rəfah şəhəri də var.

İsrailin rəsmi yayım qurumu Kan şənbə günü Rəfahda yeni bir "humanitar zona" qurulacağını bildirib. Sakinlər bura təhlükəsizlik yoxlamalarından sonra köçürüləcək və yardımlar özəl şirkətlər tərəfindən paylanacaq. İsrail ordusu hələlik bu məlumata reaksiya verməyib.

Amin Rızayev,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar