İsrail İordan çayının qərb sahilində 13 fələstinlini həbs edib.
Bakupost.az bildirir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail əsgərləri Qüdsün şimal-şərqindəki Hebron şəhəri və Anata qəsəbəsinə basqın ediblər.
Əsgərlər Hebronda 12, Anatada isə 1 fələstinlini nəzarətə götürüb.
Əsgərlər Şəfat qaçqın düşərgəsinə də basqın edərək fələstinlilərin evlərinə zəhərli qaz və səs-küylü qumbara atıblar.
İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə oktyabrın 7-dən bu yana İsrail əsgərləri və qeyri-qanuni yəhudilərin hücumları nəticəsində 498 fələstinli həyatını itirib.
Elnur
BakuPost