Ru
23:46 / 04 Mart 2025

İsrail "Hizbullah"ın daha bir komandirini öldürdü

İsrail "Hizbullah"ın daha bir komandirini öldürdü
Eye

İsrail Müdafiə Qüvvələri (IDF) bu gün Livanın Tir bölgəsinə pilotsuz uçuş aparatı (PUA) ilə hücum həyata keçirdiyini və atəşkəs dövründə İsrailə qarşı hücumlarda iştirak edən "Hizbullah" komandirinin öldürüldüyünü bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə "Times of Israel" bildirib.

İsrail ordusunun məlumatına görə, komandir Heydar Haşim elit "Radvan" hərəkatında dəniz qüvvələrinə rəhbərlik edirdi.

İDF iddia edir ki, işinin bir hissəsi olaraq o, dəniz yolu ilə "Hizbullah"a silah qaçaqmalçılığı cəhdlərində iştirak edib, həmçinin davam edən atəşkəs zamanı da daxil olmaqla, İsrailə və onun mülki əhalisinə qarşı dəniz hücumları planlaşdırıb.

“Haşimin hərəkətləri İsrail dövləti və onun vətəndaşları üçün təhlükə yaradırdə, İsrail və Livan arasındakı razılaşmaların kobud şəkildə pozulması idi”, - deyə İDF-dən əlavə ediblər.

Zaur,BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar