Hansı bank etibarlıdır? - SORĞU
Ru
21:48 / 30 Oktyabr 2024

İsrail "Hizbullah"ın yanacaq anbarlarını vurdu

511
İsrail Hərbi Hava Qüvvələri Livanın şərqindəki Bekaa vadisində şiə "Hizbullah" hərəkatının yanacaq anbarlarına hücum edib.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb

“İsrail Hərbi Hava Qüvvələri Bekaa vadisində “Hizbullah”ın 4400 saylı texniki-təchizat birliyinin hərbi kompleksləri içərisində yerləşən yanacaq anbarlarına hücum edib”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, bu anbarlar “Hizbullah”ın hərbi maşınlarını yanacaqla təmin etmək üçün istifadə edilib və onun hərbi infrastrukturunun fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edirdi”

İsrail ordusundan bildirilib ki, yanacaq İran tərəfindən "Hizbullah"a hərbi dəstəyin bir hissəsi olaraq verilib:

""Hizbullah" İsrailə qarşı terror fəaliyyətləri və hücumları üçün istifadə olunan böyük həcmdə yanacaq toplamaqda davam edir".

Zaur, BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar