Ru
21:42 / 12 Dekabr 2024

İsrail İranın nüvə obyektlərini vura bilər

İsrail İranın nüvə obyektlərini vura bilər
Eye

İsrail ordusu hesab edir ki, Suriyaya uğurlu hava zərbələrindən sonra onların İrandakı nüvə obyektlərinə zərbə endirmək imkanı açılır.

Bakupost.az xəbər verir ki, bu barədə ordunun “Qaley İDF” radiosu məlumat yayıb.

Qeyd olunub ki, İsrailin müəyyən hərbi strukturları, o cümlədən ordu, Tehranla bağlı ölkənin siyasi rəhbərliyinə variantlar təqdim etmək üçün müxtəlif kəşfiyyat və müdafiə strukturları arasında koordinasiya aparır.

Vurğulanıb ki, güclü olan Suriyanın hava hücumundan müdafiə sisteminin 80 %-i İsrailin hava hücumlarından sonra məhv edilib. Radio bildirib ki, bir neçə il əvvəl Suriyanın hava hücumundan müdafiə sistemləri yəhudi dövlətinin aviasiyasına ciddi təhlükə yaradıb, lakin indi vəziyyət dəyişib, Suriyanın hava məkanı isə əslində uçuşlar üçün artıq açıqdır.

Bundan əvvəl İsrail ordusu Suriyaya kütləvi hava zərbələri endirdiyini bildirərək, müəyyən edilmiş “yer-hava” raketlərinin və bir çox digər silahların, o cümlədən raketlər və təyyarələrin 90 %-dən çoxunun məhv edildiyini bəyan edib.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar