Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İsrail İranın nüvə obyektlərinə hücum edərsə, bu, "ciddi təxribat" olacaq.
Bakupost.az xəbər verir ki, Lavrov 19-cu Şərqi Asiya Sammitində iştirak edib. Lavrov sammitdən sonra mətbuat konfransı keçirib və gündəmdəki məsələləri dəyərləndirib.
Sammitdə yekun bəyannamənin qəbul edilmədiyini bildirən Lavrov, "ABŞ, Yaponiya, Koreya, Avstraliya və Yeni Zelandiya bu bəyannaməyə siyasi məna verməyə və onu geosiyasi qarşıdurma ssenariləri ilə doldurmağa çalışıb" deyib.
Qərb ölkələrinin Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasından (ASEAN) Rusiya və Çinə qarşı istifadə etməyə, iqtisadiyyat və təhlükəsizlik sahələrində sistemi pozmağa və sarsıtmağa çalışdıqlarını vurğulayan Lavrov qeyd edib:
"ABŞ və müttəfiqləri Asiya-Sakit okean regionunu NATO-nun maraq dairəsinə çevirməyə çalışır. Burada ABŞ-nin nəzarəti altında çoxlu qapalı hərbi-siyasi birliklər yaradılır".
Cavidan, BakuPost