Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:49 / 27 Noyabr 2024

İsrail-Livan cəbhəsində atəşkəsə əməl olunacaqmı? - ŞƏRH

470

Bu gün İsrail və Livan arasında atəşkəs razılaşması qüvvəyə minib.Tərəflər müharibəni dayandırmaq barədə razılığa gəlsələr də, İsrailin baş naziri Netanyahu bildirib ki, əgər qarşı tərəf razılaşmanı pozarsa, İsrail buna güclə cavab verəcək. İran tərəfi isə bildirib ki, Livan və İsrail arasında atəşkəsi alqışlayır,l akin eyni zamanda Livana və müqavimət qüvvələrinə dəstəyini davam etdirəcək. Maraqlıdır, Livan və İsrail arasında atəşkəsin ömrü nə qədər sürəcək? Atəşkəs tezliklə pozula bilərmi?

Mövzu il bağlı siyasi ekspert Zərdüşt Əlizadə Bakupost.az -a açıqlamasında bildirdi ki, indi hər şey HƏMAS və İsrail arasında münasibətlərdən asılıdır.
“Əgər İsrail HƏMAS-ı məhv etməyə davam etsə, yaxın zamanda "Hizbullah"la saziş pozulacaq. "Hizbullah" nəyə görə İsraili vurur? Deyirdi ki, “HƏMAS-ı,ərəbləri məhv etmə”. 43 mindən çox adam öldürüblər. İsrailin məqsədi, ümumiyyətlə, Qəzza ərəblərini oradan köçürmək, o torpaqları özünə birləşdirməkdir. Bu da yenə HƏMAS-la münasibətdən, ərəb ölkərinin insafı və qeyrətindən asılıdır. Əgər ərəb ölkələri birləşib, Trampa “İsrailini saxla” desələr, onda Tramp onları saxlaya biləcək, yox, əgər Tramp işğal siyasətini müdafiə etsə, əgər ərəb ölkələrinin ona öz iradələrini bildirməyə cəsarətləri çatmasa, onda, İsrail HƏMAS-ı məhv etməyə davam edəcək və yenidən müharibə başlayacaq. Çünki İran və "Hizbullah" Fələstin ərəblərinə arxa çevirə bilməzlər. Onlarınkı amal işidir”.



Ekspertin sözlərinə görə, İsrailin qoşun, aviasiya, tank və maliyyə dəstəyi, eləcə də tərəfdarları, HƏMAS-la müqayisədə üstünlük təşkil edir:

""Hizbullah", əlbəttə ki, İsrail ordusu ilə döyüşməyə hazırdır, amma Livanı dağıdırlar. "Hizbullah" öz gücünü də itirir. Vəziyyəti çətindir. Həmçinin, İranı da geniş müharibə və bombardımanla hədələyirlər. İran İsraildən çəkinmir, amma Amerika da qoşulsa, İran ı viranə qoya bilərlər. Ona görə buna imperialist siyasət deyirlər .İmperialist dövlətlərin siyasəti belədir. Rusiya Ukraynanı viran qoyur, İsrail Fələstini. Beynəlxalq hüquqla, insan haqları ilə hesablaşmırlar".

Lalə,Bakupost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar