Ru
18:44 / 30 Sentyabr 2024

İsrail Livanda yerüstü əməliyyata başlayacaq

595
İsrail xüsusi təyinatlıları Livanın cənubunda reydlər keçir və quru əməliyyatlarına hazırlıq məqsədilə kəşfiyyat məlumatları toplayırlar.

Bakupost.az xəbər verir ki, bu barədə The Wall Street Journal bildirib.

Nəşrin məlumatına görə, çox güman ki, yerüstü hücum bu həftə baş tutacaq.

Yazıda qeyd olunur ki, İsrail hərbçiləri reydlər zamanı Livan-İsrail sərhədi boyunca “Hizbullah”a məxsus tunellərə daxil olublar.

İsraildən olan keçmiş yüksək rütbəli zabit Amir Avivi qurudan hücumun qaçılmaz olduğunu deyib. Onun sözlərinə görə, hazırkı reydlər hazırlıq tədbirlərinin bir hissəsi sayılır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar