Ru
22:00 / 13 Yanvar 2025

İsrail ordusu Qəzzada itki verdi: 5 ölü, 8 yaralı

İsrail ordusu Qəzzada itki verdi: 5 ölü, 8 yaralı
Eye

Qəzza zolağının şimalında baş verən döyüşlərdə İsrail Müdafiə Qüvvələrinin 5 əsgəri həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Xəbərəə görə, Fələstin anklavının şimalında baş verən qarşıdurma zamanı daha səkkiz İsrail əsgəri ağır yaralanıb və müalicə üçün xəstəxanaya təxliyə edilib.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının İsrail ərazisinə daxil olması, sərhəd yaşayış məntəqələrinin sakinlərinin öldürülməsi və əsirlərin girov götürülməsi ilə müşayiət olunandan sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. İsrail Qəzzanı tam blokadaya aldığını elan edib və hərbi əməliyyatlara başlayıb.

Zaur, BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar