Ru
21:00 / 09 Mart 2025

İsrail Qəzzaya elektrik verilişini dayandırır

İsrail Qəzzaya elektrik verilişini dayandırır
Eye

İsrail Qəzzaya elektrik verilişini dayandırır.

Bakupost.az -ın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, bunu İsrailin energetika naziri Eli Koen bildirib.

Eli Koen deyib ki, İsrail Elektrik Şəbəkəsinə Qəzzaya elektrik verilişinin dərhal dayandırılması barədə tapşırıq verib.

Nazir qeyd edib ki, HAMAS-ın Qəzzada saxladığı bütün girovların azad buraxılması üçün bütün müvafiq vasitələrdən istifadə edirlər.

Hazırda Qəzzada 59 israilli girovun olduğu ehtimal edilir.

HAMAS İsrailin razılaşmanın ikinci mərhələsinə keçməsini və daimi atəşkəsin təmin olunmasını istəyir. İsrail isə razılaşmanın birinci mərhələsinin uzadılması və bu mərhələdə bütün israilli girovların azadlığa buraxılmasını tələb edir.

Bundan əvvəl İsrail Qəzzaya humanitar yüklərin buraxılışını dayandırıb.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar