Ru
00:33 / 05 Dekabr 2024

İsrail Qəzzaya zərbələr endirdi: ən azı 45 ölü

İsrail Qəzzaya zərbələr endirdi: ən azı 45 ölü
Eye

İsrailin mühasirədə olan Qəzza zolağında iki bölgəyə, o cümlədən Təl-Əviv hakimiyyətinin anklavın cənubunda humanitar zona hesab etdiyi Əl-Məvasi bölgəsinə aviazərbələr endirməsi nəticəsində azı 45 fələstinli həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Qeyd edilib kiə, İsrail döyüş təyyarələri anklavın digər bölgələrindən köçkün düşmüş ailələr üçün çadırların qurulduğu əraziyə hücum edib. Hücum Xan Yunis şəhəri yaxınlığında yerləşən Əl-Məvasi humanitar zonası adlanan ərazidə ərzaq anbarlarının yaxınlığına həyata keçirilib.

Agentliyin məlumatına görə, azı 20 nəfər həlak olub, mərmi partlayışlarının baş verdiyi əraziyə yaxın olan onlarla ərəb qəlpə yaraları alıb.

İsrail hərbi hava qüvvələrinin Qəzza zolağında Şeyx Radvan məhəlləsində bir neçə yaşayış binasını hədəf alan növbəti hücumunda 25 fələstinli həlak olub. Agentliyin qeyd edib ki, onlarla insan yaralanıb və bir neçə yerli sakin hələ də hava hücumu zamanı dağılmış binaların dağıntıları altında qalıb.

Zaur, BakuPost


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar