Ru
17:42 / 10 Oktyabr 2024

İsrail BMT sülhməramlılarını atəşə tutdu: Ölənlər var

İsrail BMT sülhməramlılarını atəşə tutdu: Ölənlər var
2165

İsrail Müdafiə Qüvvələri (IDF) BMT-nin Livandakı sülhməramlılarının qərargahını atəşə tutub.

Bakupost.az TASS-a istinadən xəbər verir ki, hücum tanklarla həyata keçirilib və 2 nəfər yaralanıb. Eyni zamanda sülhməramlıların olduğu bunkerin vurulması nəticəsində 3 əsgər həyatını itirib.

İsrail hərbçiləri Livanda sülhməramlıların daha bir obyektini atəşə tutub. İddialara görə, onlar “sülhməramlıların gizləndiyi bunkerin girişini söküblər, nəqliyyat vasitələrinə və rabitə sistemlərinə ziyan vurublar”. BMT əsgərləri obyektin üstündəki səmada İsrail pilotsuz təyyarəsini görüblər. Sülhməramlıların sözlərinə görə, çərşənbə günü BMT obyektlərindən birində İsrail döyüşçüləri kameraları, digərində isə rabitə vasitələrini sıradan çıxarıblar.

Sülhməramlılar İDF hərbçilərini və münaqişənin bütün tərəflərini “BMT personalının və əmlakının təhlükəsizliyini təmin etməyə” çağırıblar. "Sülhməramlılara qarşı hər hansı qəsdən hücum beynəlxalq humanitar hüququn və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin ciddi şəkildə pozulmasıdır", - BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin mətbuat xidməti əlavə edib.

Cavidan, BakuPost


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar