İsrail hərbçiləri Livandan güclü mərmi atışı qeydə alıblar.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, ölkənin şimal rayonları istiqamətində 90-a yaxın mərmi atılıb.
İsrail ordusunun məlumatına görə, Yuxarı və Qərbi Qalileydəki yaşayış məntəqələri, eləcə də İsrailin nəzarətində olan Qolan təpələrinin cənub hissəsi hücuma məruz qalıb.
"Mərmilərin bəziləri İsrail Hərbi Hava Qüvvələri tərəfindən tutuldu. Bəzi mərmilərin isə düşdüyü qeydə alınıb", - ordudan bildiriblər.
Məlumatda bildirilir ki, bəzi ərazilərdə yanğınlar başlayıb. Hazırda yanğınsöndürənlər və xilasedicilər yanğını söndürürlər.
Zaur, BakuPost