İsrail Hərbi Hava Qüvələrinə məxsus qırıcı təyyarələr Dəməşq yaxınlığında yerləşən bir neçə hərbi obyektə raketlərlə hücum edib.
Bakupost.az xəbər verir ki, bu barədə "Naharnet" portalı məlumat yayıb.
Xəbərə görə, təyyarələr Suriyanın paytaxtı Dəməşqin qərbində yerləşən Əl-Qələmun dağlıq ərazisindəki Tell Mnin və Xfeyr bölgələrində yerləşən Suriya hərbçi düşərgələrini hədəfə alıb.
Yerli sakinlər güclü partlayış səsləri eşitdiklərini və raketlərin düşdüyü ərazilərdən göyə qalxan tüstü qatlarını gördüklərini bildiriblər.
Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.
Lalə Novruz, BakuPost