İsrail Suriyanın şimal-qərbində Aralıq dənizi sahili yaxınlığındakı Qardahda keçmiş Suriya rejiminin silah saxladığı "hərbi obyektə" hücum etdiyini açıqlayıb.
Bakupost.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" bildirib.
Qardaha ötən ilin dekabrında silahlı müxalifət qrupları tərəfindən devrilmiş keçmiş prezident Bəşər Əsədin vətənidir.
Əsədin devrilməsindən bəri İsrail mütəmadi olaraq Suriyanı bombalayır və ölkənin cənubunda hərbi işğalını genişləndirir.
Zaur,BakuPost