Ru
10:49 / 10 Dekabr 2024

İsrail tankları Dəməşqin yaxınlığında göründü

İsrail tankları Dəməşqin yaxınlığında göründü
Eye


İsrail tanklarının Dəməşqdən 20 kilometr məsafədə, bufer zonadan kənarda yerləşdirildiyi məlum olub.

Bakupost.az xəbər verir ki, bu barədə “Al Mayadeen” məlumat yayıb.

Bildirilib ki, tanklar daha əvvəl İsrail Müdafiə Ordusu bölmələrinin yerləşdirildiyi bufer zonadan Suriya ərazisinə doğru irəliləyib. Buna qədər İsrail ordusu Dəməşqdən 21 kilometr məsafədə yerləşən Katana yaşayış məntəqəsində yerləşdirilmişdi.

Ötən həftəsonu İsrail hərbçiləri yarım əsrdən artıq müddətdən sonra, ilk dəfə Qolan təpələrindən kənarda Suriya sərhədini keçib. Dekabrın 8-də İsrail Müdafiə Ordusu, heç bir müqavimətlə qarşılaşmadan, Qolan təpələrindəki Hərmon dağ silsiləsinin Suriyaya aid hissəsinə nəzarəti ələ keçirib. İsrail, Hərmon dağının cənub yamaclarını öz suveren ərazisi hesab edir.


Lalə Novruz, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar