Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:15 / 19 Oktyabr 2024

İsrail təsdiqlədi: PUA Netanyahunun iqamətgahını hədəfə alıb

521
"Hizbullah" pilotsuz uçuş aparatını (PUA) Livandan İsrailin baş naziri Binyamin Netanyahunun Qeysəriyyədəki evinə doğru buraxıb, lakin xəsarət alan olmayıb.

Bakupost.az xəbər verir ki, bu barədə TASS-a İsrail Nazirlər Kabineti rəhbəriofisinin müşaviri Dmitri Gendelman məlumat verib.

Sky News Arabia telekanalı isə bildirib ki, polis Netanyahunun evinin yerləşdiyi ərazini mühasirəyə alıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti Livandan İsrail ərazisinə üç pilotsuz uçuş aparatının buraxıldığını bildirmişdi. İki pilotsuz təyyarə ələ keçirilib, biri isə Qeysəriyyədə binaya çırpılıb. Hücum nəticəsində itkilər barədə məlumat verilməyib.

Zaur, BakuPost



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar