İsrail bir sıra etiraz aksiyaları ilə əlaqədar artan təhlükəsizlik narahatlığına görə Türkiyədən bütün diplomatlarını geri çağırıb.
Bakupost.az AFR-ə istinadla xəbər verir ki, bu qərar etirazçıların səfirin paytaxt Ankaradakı iqamətgahı və İstanbuldakı konsulluğu binası qarşısındakı aksiyalardan sonra verilib.
Səfir İrit Lilian da daxil olmaqla diplomatların Türkiyəni tərk etdiklərini deyən rəsmilər, onların getmələrinin siyasi səbəblərdən daha çox təhlükəsizlik səbəbi ilə əlaqədar olduğunu israrla bildiriblər. Adı açıqlanmayan mənbə AFP-yə deyib: "Bu, qısamüddətli, müvəqqəti tədbirdir".
Təl-Əvivin digər Yaxın Şərq ölkələrindəki diplomatları ilə də bağlı oxşar addımlar atmağı düşündüyü bildirilir.
Bu həftənin əvvəlində İsrailin Milli Təhlükəsizlik Şurası Türkiyədəki bütün israilliləri tez bir zamanda ölkəni tərk etməyə çağıran bir direktiv yaymışdı. İsrailin İstanbuldakı konsulluğu xaricdə israillilərə qarşı artan “terror təhdidləri”ni əsas gətirərək xəbərdarlıq səviyyəsini dördüncü və ən yüksək səviyyəyə qaldırıb.
Zaur
BakuPost
Sən özün qoru Tanrim Israyil övladlarıni amin