Ru
22:38 / 26 Dekabr 2024

İsrail Yəməni darmadağın etdi - Qebreyesus Sənadan çıxa bilmədi

İsrail Yəməni darmadağın etdi - Qebreyesus Sənadan çıxa bilmədi
Eye

Yəmənin Qırmızı dəniz sahillərində yerləşən Ras-İsa və Hudeyda limanları İsrailin hava hücumları nəticəsində tamamilə sıradan çıxıb.

Bakupost.az xəbər verir ki, bu barədə TASS-a Yəmənin Hudeyda əyalətinin ərazisinə nəzarət edən husilərin "Ənsar Allah" hərəkatındakı mənbə bildirib.

Onun sözlərinə görə, hücum zamanı liman infrastrukturuna ciddi ziyan dəyib. Buna hücum sonra hər iki limanda neft çənlərində baş verən genişmiqyaslı yanğınlar səbəb olub.

"Hücum nəticəsində limanlar tamamilə sıradan çıxarıldı", - mənbə deyib.

Cümə axşamı İsrail aviasiyası Yəmən ərazisinə irimiqyaslı hücum həyata keçirib, Səna beynəlxalq hava limanına, həmçinin Hudeyda və Ras İsa dəniz limanlarına zərbələr endirib. Bundan əlavə, zərbələrdən birinin hədəfi Ras Qatnib elektrik stansiyası olub.

Husilərə məxsus "Əl Masirah" telekanalının məlumatına görə, İsrailin zərbələri nəticəsində azı 4 nəfər ölüb, 16 nəfər yaralanıb.

Səna hava limanına hücum zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus onun ərazisində olub. O, hücum zamanı xəsarət almadığını və təyyarəsinin Sənadan qalxa bilməsi üçün hava limanında problemlərin aradan qaldırılmasını gözlədiyini bildirib.

Zaur, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar