Ru
17:05 / 29 Dekabr 2024

İsraildən ultimatum: Şəhərdən çıxın!

İsraildən ultimatum: Şəhərdən çıxın!
Eye

İsrail qüvvələri Qəzzaının şimalında həftələrdir davam edən hərbi əməliyyat çərçivəsində Beyt Hənun şəhərində qalan sakinlərə ərazini tərk etmək əmri verib.

Bakupost.az Reuters-ə istinadən xəbər verir ki, bu addımın bölgədən fələstinli döyüşçülər tərəfindən raket atılması ilə əlaqəli olduğu bildirilib.

Sakinlərin sözlərinə görə, ərazini tərk etmək göstərişi yeni köç dalğasına səbəb olub. Lakin şəhərdən nə qədər insanın köçdüyü dəqiq bilinmir.

İsrail ordusundan bildirilib ki, Qəzzanın şimalında üç aydır davam edən hərbi kampaniya Həmas döyüşçülərinə qarşı mübarizə aparmaq və onların yenidən təşkilatlanmasının qarşısını almaq məqsədi daşıyır. Ordu, mülki şəxslərin təxliyəsini onların təhlükəsizliyini təmin etmək üçün həyata keçirdiyini bildirib.

Rəhman Mirzəlizadə, BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar