Ru
10:52 / 23 Yanvar 2025

İsraili "Avroviziya"da o təmsil edəcək

 İsraili "Avroviziya"da o təmsil edəcək
Eye

2023-cü il oktyabrın 7-də HƏMAS-ın musiqi festivalına hücumu zamanı sağ qalmağı bacarmış Yuval Rafael İsraili "Avroviziya"da təmsil edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Eurovision.tv məlumat verib.

Final seçimində 24 yaşlı Yuval Rafael "Spectre" filmindən Sem Smitin "Writing's on the Wall" mahnısını ifa edib.

Müğənninin sözlərinə görə, o, 7 oktyabr faciəsi ilə bağlı şəxsi hekayəsini musiqi vasitəsilə insanlara danışmaq istəyir.

Qeyd edək ki, Yuval Rafael İsrailin cənubunda keçirilən Nova musiqi festivalının iştirakçısı olub. HƏMAS-ın hücumu zamanı, o, bir neçə saat bomba sığınacağında qalıb və xilas olmaq üçün özünü ölülüyə vurub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar