Ru
15:25 / 19 Mart 2025

İsrailin hücumları Avropa şirkətlərini ziyana saldı

İsrailin hücumları Avropa şirkətlərini ziyana saldı
Eye

Avropa bazarlarında çərşənbə günü səhər ticarət zəifləyib, əsas səbəb isə Yaxın Şərqdə artan gərginlikdir.

Bakupost.az xəbər verir ki, bu barədə Euronews bildirib.

Səhiyyə və texnologiya sektoru əsas itirənlər sırasında olub. GSK ASC və Siemens SC-nun səhmləri enişlə diqqət çəkib.
Britaniyanın FTSE 100 indeksi 0.3% geriləyib, zərər görən şirkətlər arasında Compass Group, GSK və Flutter Entertainment də yer alıb.

Almaniyanın DAX indeksi də 0.3% aşağı düşüb, xüsusilə Siemens və Deutsche Bank-ın səhmləri zəifləyib.

Fransanın CAC 40 indeksi isə 0.2%, pan-Avropa STOXX 600 indeksi 0.3% azalıb.

Qeyd edək ki, İsrail bu ilin yanvar ayında HƏMAS-la əldə olunan atəşkəsdən sonra Qəzzaya ən ağır hücumunu həyata keçirib və Yaxın Şərqdə vəziyyət yenidən gərginləşib. Digər tərəfdən, Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə sülh danışıqları ilə bağlı ümidləri puç edib. O, enerji infrastrukturlarına hücumları dayandıra biləcəyini desə də, ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəsi qəbul etməyəcəyini bildirib.

ABŞ fond bazarları da çərşənbə axşamı iki günlük yüksəlişdən sonra yenidən enişə keçib. Bu, Federal Ehtiyat Sisteminin (Fed) mart ayı üzrə faiz qərarı öncəsi baş verib.
S&P 500 indeksi 1.1% geriləyib, əsasən, Royal Caribbean Cruises, Norwegian Cruise Line və Tesla kimi şirkətlərin səhmlərində ucuzlaşma baş verib.

NASDAQ 100 indeksi də 1.7% azalıb. Ən çox itki yaşayanlar arasında AppLovin, Tesla və onlayn satış platforması Mercado Libre yer alıb. Bunun əksinə olaraq, Intel və Coca-Cola European kimi bəzi şirkətlərin səhmləri yüksəlib. Dow Jones Sənaye Əmsalı isə günü 0.6% itki ilə bağlayıb. Bu enişdə əsas rol oynayanlar Nvidia və IBM olub.

Amin Rızayev,BakuPost



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar