Ru
16:25 / 19 Mart 2025

İsrailin hücumları davam edir: daha 6 ölü - FOTO

İsrailin hücumları davam edir: daha 6 ölü - FOTO
Eye

İsrailin hava hücumları 6 nəfərin ölümünə səbəb olub.

Bakupost.az xəbər verir ki, bu barədə "Röyter" bildirib.

Qeyd olunur ki, İsrailin hava hücumları zamanı çərşənbə günü Qəzzada yerli səhiyyə işçilərinin bildirdiyinə görə, ən azı 6 fələstinlini öldürüb.

İsrail ordusu hücumlarına davam edərək sakinlərdən döyüş zonalarını tərk etmələrini tələb edib. Qəzzada HƏMAS-a aid məntəqəni vurulub.

Çərşənbə axşamı günü İsrailin hava hücumları nəticəsində 400-dən çox insan ölüb. Fələstin səhiyyə orqanlarına görə, bu, münaqişə başlayandan bəri ən yüksək gündəlik ölüm sayıdır.

İsrail bu hücumların "sadəcə başlanğıc" olduğu barədə xəbərdarlıq edib.

İsrailin baş naziri Benjamin Netanyahu çərşənbə axşamı bildirib ki, atəşkəsin aprelin sonuna qədər uzadılmasına dair təklifləri rədd etdiyi üçün HƏMAS-a zərbələr endirməyi əmr edib.

Amin Rızayev.BakuPost



Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar