İsrailin ölkənin cənub rayonlarını bombalaması və Livanın paytaxtı Beyruta hava hücumları nəticəsində hazırda 1,2 milyondan çox insan Livan ərazisində qaçqın və ya məcburi köçkün vəziyyətindədir.
Bakupost.az TASS-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndəsi bildirib.
"Hazırda 1,2 milyondan çox livanlı qaçqın və ya köçkün hesab olunur və İsrailin davam edən təcavüzü səbəbindən onların sayının artma ehtimalı yüksəkdir", - deyə BQXK nümayəndəsi bildirib.
O əlavə edib ki, “köçkünlərin humanitar ehtiyacları çox böyükdür və vəziyyətin öhdəsindən gəlmək üçün bütün maraqlı tərəflərin əməkdaşlığına ehtiyac var”.
Əvvəllər Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) bildirmişdi ki, bu gün Livanda 690 mindən çox köçkün və 400 minə yaxın qaçqın var ki, onların da əksəriyyəti qonşu Suriyaya köçüb.
“Əl-Qahirə Əl-İxbariyyə”nin məlumatına görə, İsrail qüvvələri Livanda həyata keçirdikləri əməliyyatlar çərçivəsində sakinlərdən ölkə ərazisinin təxminən dörddə birini təşkil edən yaşayış məntəqələrini və ərazilərini tərk etməyi tələb edib.
Zaur, BakuPost