Ru
20:54 / 05 Oktyabr 2024

İsrailin Livanda hava əməliyyatı: 25 ölü, 127 yaralı

550
Livan Səhiyyə Nazirliyi yanında Təcili Əməliyyatlar Mərkəzi son 24 saat ərzində Beyrut və Baalbek-Hermel, Bekaa, Dag Livan dağı, Nəbatiyyə, Səydd və Tir əyalətlərindəki yaşayış məntəqələrinə İsrail hava hücumları nəticəsində ölənlər barədə məlumat yayıb.

Bakupost.az xəbər verir ki, "X"-də (keçmiş Twitter) yerləşdirilən məlumatda 25 nəfərin öldüyü, 127 nəfərin yaralandığı bildirilir.

2023-cü ilin oktyabrında hərbi eskalasiya başlayandan bəri İsrailin bombardmanları və artilleriya atəşi nəticəsində ölənlər haqqında məlumatlar da yenilənib. İsrail silahlı qüvvələrinin hücumları nəticəsində ölənlərin sayı son günlər 1,8 mindən 2 minə yüksəlib, 9,6 min nəfər yaralanıb.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar