Ru
12:06 / 08 Fevral 2025

İsraillə sülhün ikinci mərhələsinə hazırıq - HƏMAS

İsraillə sülhün ikinci mərhələsinə hazırıq - HƏMAS
Eye


Fələstinin HƏMAS hərəkatı İsraillə atəşkəs razılaşmasının birinci mərhələsinin qalan hissəsini yerinə yetirməyə sadiqdir və ikinci mərhələ ilə bağlı danışıqlara keçməyə hazırdır.

Bakupost.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Sami Əbu Zühri Türkiyənin “Hürriyet” nəşrinə müsahibəsində bildirib.

"Biz razılaşmanın birinci mərhələnin qalan hissəsini yerinə yetirməkdə qərarlıyıq və ikinci mərhələ üzrə danışıqlara başlamağa hazırıq", - deyə o vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtondakı görüşlərdə Fələstinin HƏMAS qruplaşmasının liderlərinin hakimiyyətdən əl çəkəcəyi təqdirdə Qəzza zolağında müharibəyə son qoymağa hazır olduğunu bildirmişdi.

Öz növbəsində ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İsrail Qəzza zolağına nəzarəti ABŞ-a verə və fələstinlilər regionda daha təhlükəsiz yerlərə yerləşdirilə bilər.

Lalə, BakuPost

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar