Ru
20:24 / 28 Sentyabr 2024

İsrailli general: "Bizi çətin günlər gözləyir"

647
İsrail Müdafiə Qüvvələrinin (IDF) Baş Qərargah rəisi, general-leytenant Hertsi Halevi vəziyyəti qiymətləndirdiyini və şimal komandanlığında planları təsdiqlədiyini bildirib.

Bakupost.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

“Bizi çətin günlər gözləyir. İDF bütün cəbhələrdə həm müdafiə, həm də hücumda maksimum hazırlıq vəziyyətindədir və bundan sonra baş verəcək hadisələrə hazırdır. Biz "Hizbullah" terror təşkilatını məhv etməyə və mübarizəni davam etdirməyə qərarlıyıq. Qarşıda bütün cəbhələrdə hələ çox vəzifələr var - terror təşkilatlarının və onların imkanlarının məhv edilməsi, girovlarımızın qaytarılması. Bu missiya daim qarşımızdadır! Həm də şimal və cənub sakinlərinin təhlükəsiz şəkildə evlərinə qayıtması”, - Halevi bildirib.

Halevi vurğulayıb ki, İsrail tərəfi "Hizbullah"ın uzunmüddətli lideri Həsən Nəsrullahı “İsraili məhv etmək istədiyi” üçün aradan götürüb.

Zaur, BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar