Hansı bank etibarlıdır? - SORĞU
Ru
20:07 / 03 Oktyabr 2024

İST Petrol piyadaları ölümlə üz-üzə qoyur - VİDEO

6523



Hər gün səhər və axşam saatlarında uzun tıxacların yarandığı Tbilisi prospektində təkcə maşınların deyil, piyadaların da hərkəti ciddi problemə çevrilib. Belə ki, prospekt boyunca bir sıra yerlərdə səkilər müxtəlif iş adamları tərəfindən zəbt olunub. Ən bərbad vəziyyət isə prospektin İST Petrol yanacaqdoldurma məntəqəsinin yerləşdiyi hissəsində hökm sürür.

Bakupost.az -ın məlumatına görə, uzun müddətdir ki, burada piyada yolu İST Petrol tərəfindən zəbt edilib. Yanacaqdoldurma məntəqəsi boyunca səkiyə satış üçün avtomobillər qoyulub. Piyadalar həmin hissəyə çatdıqda ya yanacaqdoldurma məntəqəsinin içindən, ya da maşın yolundan istifadə etməlidirlər. Məntəqnin içindən keçmək təkcə yanğın və partlayış səbəbindən deyil, həm də 3 istiqamətdən yanacaqdoldurma məntəqəsinə avtomobillərin daxil olub çıxmasına görə təhlükəlidir.

Onu da qeyd edək ki, İST Petrolun sözügedən yanacaqdoldurma məntəqəsi dörd yolun ayrıcında - Həsən Əliyev küçəsi ilə Tbilisi Prospektinin kəsişdiyi dairədə yerləşir və burada günün bütün saatlarında hərəkət sıxlığı müşahidə olunur.

Pyada yolunun zəbt edilməsi səbəbindən İST Petrol yaxınlığında tez-tez qəza halları yaranır. Belə ki, yanacaqdoldurma məntəqəsinə daxil olan maşınların dəfələrlə piyadaları vurması təhükəsi yaranıb.

Onu da qeyd edək ki, piyada yolunun başlanğıcında da İST Petrolun qapalı İST CAARS avtosalonu fəaliyyət göstərir. Beləliklə, dövlətə məxsus yol "özəlləşdirilib" və biznes məqsədləri üçün istifadə olunur.

Aidiyyəti qurumlar isə zolaq çəkəndə nədənsə bahalı maşınların zəbt etdiyi bu səkini görmür. Əli uşaqlı analar, uşaq arabaları və azyaşlı uşaqlar hər gün həyatlarını təhlükə altına ataraq yanacaqdoldurma stansiyasında keçirlər. Məntəqənin yanında dönərxana-kafe də fəaliyyət göstərir. Ora getmək istəyənlər də yanacaqdoldurma məntəqəsinin içindən keçməli olurlar.

Nəzərə alsaq ki, yanacaqdoldurma stansiyası yaşayış evlərinin yaxınlığındadır, onda onun yerli sakinlərin həyatı üçün təhlükə törətdiyinin də deyə bilərik. Halbuki, mövcud qanunvericiliyə görə, belə ərazilərdə yanacaqdoldurma məntəqəsinin açılması qadağandır.

Aygün Musayeva
BakuPost
Şərhlər
  • Tural Rəcəbov.

    İndiyə qədər görmürdüz? Ya görmək lazım deyildi?

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar