İstanbul Böyükşəhər Bələdiyyəsi Əkram İmamoğlunun saxlanması ilə əlaqədar açıqlama verib.
Bakupost.az Türkiyə KİV-ə istinadəb xəbər verir ki, bələdiyyənin bəyanatında deyilir:
"Bu gün ölkəmiz və millətimiz üçün son dərəcə kədərli bir prosesin şahidi oluruq. Qanunun aliliyi və demokratik iradəyə inamımıza uyğun olaraq prosesləri diqqətlə izləyirik. “Biz tam əminik ki, ədalət ən qısa zamanda bərpa olunacaq və bütün həmkarlarımız, xüsusən də başqanımız öz vəzifəsinə qayıdacaq”.
İBB-nin açıqlamasının davamında "Bu prosesdə bizim ən mühüm məsuliyyətimiz, indiyə qədər etdiyimiz kimi, 16 milyon istanbulluya fasiləsiz və keyfiyyətli xidmət göstərməyə davam etməkdir. Bütün həmkarlarımızla birlikdə vəzifə başında olacağıq və eyni qətiyyətlə şəhərimizə qarşı məsuliyyətimizi davam etdirəcəyik", - deyə vurğulanır.
Cavidan Salmanov,BakuPost