İstanbul şəhərində baş vermiş zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.
Bakupost.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
******
Türkiyənin İstanbul şəhərində zəlzələ qeydə alınıb.
Bakupost.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdərə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ 3,9 bal gücündə olub. Yerin 6,99 km dərinliyində yerləşib.
***
NTV-nin məlumatına görə, İstanbulda 6,2 maqnitudalı ikinci zəlzələ baş verib.
Zəlzələ 10 saniyə davam edib.
Hazırda afterşoklar davam edir.
***
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya AFAD və digər müvafiq qurumların hazırda dağıntı və xəsarət alanlarla bağlı ərazilərdə araşdırmalara başladığını açıqlayıb.
Eyni zamanda, AFAD vətəndaşları uçma təhlükəsi olan tikililərə yaxın durmamağa çağırıb.
***
NTV-nin məlumatına görə, İstanbulda 4,4 və 4,9 bal gücündə daha iki zəlzələ baş verib.
Hər iki təkan yerin 7 kilometr dərinliyində qeydə alınıb.
***
“TRT Haber”in məlumatına görə, İstanbulda ard-arda 7 zəlzələ qeydə alınıb.
Onlardan ən böyüyü 6,2 bal gücündə olub.
***
İstanbul Valiliyi zəlzələ nəticəsində hələ ki hər hansı dağıntı barədə məlumat daxil olmadığını açıqlayıb.
Bununla belə, araşdırmaların davam etdiyi qeyd olunub.