Ru
11:49 / 13 Yanvar 2025

İstanbulda bələdiyyə sədri SAXLANILDI

İstanbulda bələdiyyə sədri SAXLANILDI
1617

İstanbulda Beşiktaş bələdiyyəsinin sədri Rıza Akpolat saxlanılıb.

Bakupost.az xəbər verir ki, bu barədə məlumat “Haberler.com” məlumat yayıb.
Məlumata görə, Rıza Akpolat İstanbul Respublika Prokurorluğunun cinayət təşkilatına qarşı apardığı “tender korrupsiya araşdırması” çərçivəsində Balıkəsirdə saxlanılıb.

Araşdırma çərçivəsində Akpolat da daxil olmaqla 47 nəfər haqqında həbs qərarı verilib.
Cinayət dəstəsinin İstanbulun bəzi bələdiyyələrində bələdiyyə başçılarına və yüksək səviyyəli rəhbərlərinə rüşvət verərək, tender proseslərini təşkil etdiyi və bu tenderlərdə öz şirkətlərinin qalib gəlməsini təmin etdiyi bildirilir.
Akpolat Edremitdəki bağ evində jandarma qrupları tərəfindən saxlanılıb.
Bundan əlavə, bələdiyyə binası ətrafında polis tərəfindən təhlükəsizlik tədbirləri görülüb.
Onun haqqında “cinayətkar təşkilata üzv olmaq”, “rüşvət vermək”, “tender saxtakarlığı” və “qeyri-qanuni yolla əmlak əldə etmək”də ittihamları ilə həbs qərarı çıxarılıb.
Saxlanılanlar arasında o cümlədən keçmiş Esenyurt Bələdiyyə Başçısı Ahmet Özer də var.
Digər tərəfdən, haqqında həbs qərarı çıxarılan Akpolatın evində axtarış aparıldığı bildirilir.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu məsələ ilə açıqlama verib,
“Biz bələdiyyə sədrimizin yanındayıq, qanuni prosesi sona qədər izləyəcəyik”, - deyə İmamoğlu bildirib.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar