Ru
10:22 / 19 Mart 2025

İstanbulda mitinqlər qadağan edildi

İstanbulda mitinqlər qadağan edildi
Eye

İstanbul hakimiyyəti şəhər meri Ekrem İmamoğlunun korrupsiya ilə mübarizə araşdırması çərçivəsində həbsindən sonra martın 23-dək mitinq və nümayişlərə qadağa qoyub.

Bakupost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toplantılara qadağa şəhər qubernatoru tərəfindən təqdim edilib.


"Bütün əyalətdə ictimai asayişi qorumaq və mümkün təxribat xarakterli hərəkətlərin qarşısını almaq üçün martın 19-dan 23-dək hər cür toplantı və nümayişlərin keçirilməsi qadağandır”, – hökumətin bəyanatında deyilir.

Qeyd edək ki, İBB sədrinin saxlanılması fonunda İstanbulda bir çox metro stansiyaları bağlanıb. Sosial şəbəkələrə daxil olmaq çətinləşdirilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar