Ru
11:42 / 10 Aprel 2025

İstanbulda Rusiya-ABŞ danışıqları başladı

İstanbulda Rusiya-ABŞ danışıqları başladı
Eye

Türkiyənin İstanbul şəhərində Rusiya və ABŞ diplomatik münasibətlərinin normallaşdırılması üzrə məsləhətləşmələrin ikinci raundu başlayıb.


Bakupost.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Danışıqlarda Rusiya nümayəndə heyətinə bu ölkənin Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter rəhbərlik edir.

Görüşdə Rusiyanın ABŞ tərəfindən müsadirə olunan diplomatik əmlakının geri qaytarılması və iki ölkə arasında birbaşa aviareyslərin bərpası məsələsi müzakirə ediləcək.

Qeyd edək ki, Rusiya və ABŞ arasında məsləhətləşmələrin birinci raundu fevralın 27-də İstanbulda keçirilib.


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar