Ru
12:37 / 02 Oktyabr 2024

İstanbulda Sabir Rüstəmxanlı ilə görüş keçiriləcək - FOTO

698
17 oktyabrda İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin kitabxana zalında xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçiriləcək.

Bakupost.az xəbər verir ki, şairin həm də Türkiyədə yeni işıq üzü görmüş “Astar” və “Çocukluğa deyen kurşun” adlı kitabları təqdim olunacaq, imza günü keçiriləcək.

Türk Ədəbiyyatı Vəqfinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə Professor Dr. Hayati Develi, Prof. Dr. Ramazan Korkmaz, Prof. Dr. Yakub Çelik, Dr. Erol Ülgen, Türk Ədəbiyyatı Vəqfinin başkanı Serhat Kabaklı, Türk Ədəbiyyatı Jurnalının baş redaktoru, kitabların tərcüməçisi İmdat Avşar, Millət vəkili Tənzilə Rüstəmxanlı və başqaları iştirak edəcək, Azərbaycan ədəbiyyatında milli ruhun dirilişi mövzusunda qonaqların və tələbələrin qarşısında çıxışlar ediləcək.



Zaur
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar