Türkiyədə baş vermiş zəlzələdə azərbaycanlıların xəsarət alması barədə məlumat yoxdur.
Bakupost/az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə mədianın sorğusuna cavabında deyib.
Qeyd edək ki, İstanbulda maksimum maqnitudası 6,2-yə çatan bir neçə zəlzələ baş verib. Son məlumatlara görə, zərərçəkənlərin sayı 236 nəfər təşkil edib.